Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 239 akt və protokol tərtib olunub
14.05.10 18:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 239 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 102 göstəriş verilib. Ümumilikdə 43 iş üzrə 46900 manat məbləğində cərimə tətbiq edilib, ondan 7562,54 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 57 iş üzrə 13908,22 manat məbləğində iddia qaldırılıb, ondan 3153,5 manatın ödənilməsi təmin edilib.  İdarə və müəssisələrə 142 iş üzrə 60918,25 manat məbləğində ödəmə tətbiq edilib, ondan (ötən ildən qalanla) 71394,52 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 26 işdən 2-nə, hüquq-mühafizə orqanlarına göndərilmiş 11 işdən 4-nə, məhkəmələrə göndərilmiş 23 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1239.html