Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Binəqədidə “Ailə, sağlamlıq və məktəb” mövzusunda tədbir keçirilib
15.05.10 02:12

Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Ailə Günü münasibətilə “Ailə, sağlamlıq və məktəb” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbənin müdri Natiq Əliyev verib.
Tədbir YAP-ın Binəqədi Raoynu təşkilatında baş tutub.
Təbiri giriş sözü ilə rayon İcra başçısının müavini Eldar Ağayev açıb. O qeyd edib ki, Ailə cəmiyyətin əsas təsisatlarından biri olaraq bəşəri dəyərlərin, mədəniyyətin  və nəsillərin tarixi varisliyinin qoruyucusudur. “İnsan həyatı ailədən başlayır. Burdan da onun bir vətandaş kimi formalaşması prossesi baş verir. Ailənin müvəffəqiyyəti, firavanlığı və xöşbəxtliyi ölkənin tərəqqisisinin əsas göstəricisidir. Azərbaycanda bu gün ailə dəyərlərinə böyük önəm verilir. Məhz bu problemlərlə məşğul olmaq üçün Ailə, qadın və uşaqlara dair dövlət siyasətinin daha mütəşəkkil həyata keçiriliməsi məqsədilə ölkə prezidentin Sərancamı ilə Dövlət Komitəsi yaradılıb”,-deyə E.Ağayev vurğulayıb.O, 15 may Ailə Günü münasibətilə rayon İcra Başçısı tərəfindən tədbirlər planı təsiq edildiyini bildirib.
Binəqədi rayon Vətandaşlıq Vəziyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsinin müdri Tavat İsmayılova rayonda yeni qurulan ailələrdən və boşanma hallarından söhbət açıb. O,  son illərdə rayonda boşanma hallarının artdığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini sədr müavini çıxış edərək komitənin yarandığı gündən bü günə kimi gördüyü işlərdən danışıb. YAP-ın Binəqədi üzrə Qadınlar Şurasının sədri Məlahət İbrahimova isə ailə və sağlamlıq mövzusunda çıxış edib.
Qeyd edək ki, tədbirin sonunda rayon Gəncələr və İdman İdarəsinin təşkilatıçılığı ilə  “Sağlam təbiət, sağlam insan və sağlam ailə” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
URL / WWW
http://kelam.az/article/a-1238.html