Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Fəaliyyət Planının ötən ilki yekunlarına həsr olunan hesabatı keçirilib
14.05.10 18:10

Bu gün Ombdsman Aparatında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) ötən ilki yekunlarına həsr olunan hesabat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, yığıncaqda çıxış edən ombudsman Elmira Süleymanova MFP-nin  tətbiqini sürətlə inkişaf etməkdə olan Azərbaycan dövlətinin öz insanlarına qayğısının təzahürü, ölkəmizin beynləxalq imicinin artmasının ifadəsi, insan hüquqlarının qorunmasına olan diqqətinin nümunəsi kimi dəyərləndirib.  E.Süleymanova insan hüquqlarının təmini özündə əks etdirən 5 hissə və 48 bənddən ibarət MFP çərçivəsində görülən işlərlə bağlı məlumat verib. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdri Fuad Ələsgərov isə bildirib ki, ölkədə qəbul edilən MFP 2009-2013-cü illəri əhatə edərək insan alverinin qarşısının alınması və profilaktikası, cinayət təqibinin təkmilləşdirilməsi, qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin gücləndirilməsi, onların reabilitasiyası, insan alverinə qarşı mübarizədə əməkdaşlıq, əlaqəldəndirmə və maarifləndirmə üzrə tədbirlərin səmərəli davam etdirilməsini müəyyən edir.
ATƏT-in Bakı ofisin rəhbəri Əli Bilge Cankorel isə MFP çərçivəsində ciddi addımlar atıldığını qeyd edib.
Millət vəkili Rəfail Cəbrayılov “Qanunvericiliyin insan hüquq və azadlıqların təkmilləşdirilməsi dinamikası”, ədliyyə nazirinin müavini Toğrul Musayev “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin təmini sahəsində həyata keçirilən tədbirlər”, Baş prokurorun müavini Namiq Əsgərov “Dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi” və Xarici İşlər Nazirliyinin  (XİN) İnsan Hüqüları, demoktikləşmə və humanitar problemlər idarəsinin  rəisi Əlimirzamin Əsgərov “İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətləri” mövzularında çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-1236.html