Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK N.M.Şirazinin açıqlamasına münasibət bildirib
13.05.10 23:22

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ayətullah Nasir Məkarim Şirazinin açıqlaması ilə bağlı məlumat yayıb. DQİDK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, açıqlamada N.M.Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı əsassız fikirlər söyləməsinin təəssüf doğurduğu bildirilir. “Din xadiminə yaraşdırılmayan və böhtan xarakterli olan bu cür fikirlər qəbul edilməzdir. Məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib. Bu qərarlara siyasi don geyindirmək yolverilməzdir. Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Azərbaycan müsəlmanlarını, ümumiyyətlə, müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik aparmaq, başqa sözlə, müsəlmanları üz-üzə qoymaq isə heç kimə başucalığı gətirməz”,-deyə məlumatda vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-1234.html