Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BDU-da “Ekologiya ili” çərçivəsində görüş keçirilib
13.05.10 23:22

Ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji maarifləndirmə istiqamətində müəyyən tədbirlər həyata keçirilir. KƏLAMİNFO xəbər verir ki, bu tədbirlərin davamı olaraq Bakı Dövlət Universitetinin müəllim və tələbə kollektivi ilə nazirliyin mütəxəssislərinin görüşü keçirilib.“Ekologiya ili” çərçivəsində keçirilən görüşdə çıxış edən BDU-nun coğrafiya fakültəsinin dekanı M.Müseyibov ekoloji proseslərin idarə olunmasında kadr hazırlığının mühüm rol oynadığını və buna görə də universitetin təbiət elmləri üzrə fakültələrində təhsil alan tələbələr üçün belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən müəllim və tələbələrə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. Nazirliyinn əməkdaşları çıxışlarında “Ekologiya ili” çərçivəsində müxtəlif təhsil ocaqlarında maarifləndirmə tədbirləri həyata keçirildiyini və ekoloji problemlərin həlli üçün dövlət orqanları ilə yanaşı, hər bir vətəndaşın da səy göstərməli olduğunu vurğulayıb. Tədbirin sonunda Nazirliyin mütəxəssisləri ətraf mühitin mühafizəsi və ekoloji məsələlərlə bağlı universitet tələbələrini maraqlandıran sualları cavablandırıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ekologiya ili” çərçivəsində əhalinin ekoloji cəhətdən maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1232.html