Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Berdiməhəmmədova təbrik məktubu göndərib
27.10.09 03:59

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib. Məktubda bildirilir: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin inkişaf etdirilməsi, dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsi yolunda bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram”.-deyə məktubda qeyd olunur.
URL / WWW
http://kelam.az/article/a-123.html