Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Azərbaybaycan İncəsənəti” adlı ensiklopedik məlumat kitabı nəşr olunub
13.05.10 23:22

Sabah Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaybaycan İncəsənəti” adlı uşaqlar üçün ensiklopedik məlumat kitabının 1-ci cildi ictimaiyyətə təqdim olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilib. Kitabın Bakı və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz paylanması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-1229.html