Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Rusiya ali təhsil müəssisələrinə qəbul imtahanlarına 110 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib
13.05.10 17:47

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 15-də Rusiya Federasiyasının (RF) ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirir. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər.
İmtahan Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin bu ölkənin digər ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 12 və RF-nin digər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 98 nəfər qeydə alınıb. Ümumilikdə isə 110 abituriyent qeydiyyatdan keçib. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 13-dən etibarən TQDK-nın internet saytından götürməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-1228.html