Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan Tələbələr Birliyi ATB-ə üzv olub
14.05.10 03:39

Avropa Tələbələr Birliyinin (ATB) İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 58-ci toplantısında Azərbaycan Tələbələr Birliyinin quruma üzvlük məsələsinə baxılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Tələbələr Birliyindən veriblər. Məlumata görə, 66 səs leyhinə və 4 səs əleyhinə olmaqla Azərbaycan Tələbələr Birliyinin ATB-ə müşahidəçi üzv olmaqla bağlı qərar qəbul edilib. Bununla da Azərbaycan ATB-ə üzvlükdə 39-cu ölkə olub. Qeyd edək ki, Azərbaycanın qurumda təmsilçiliyi ilə bağlı məsələlər Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən həyata keçirilib. ATB 1982-ci ildə yaradılıb və hazırda özündə 39 ölkədən 47 üzv tələbə birliyini birləşdirən beynəlxalq təşkilatdır. Mərkəzi ofisi Brüselldə yerləşən təşkilatın tərəfdaşları Avropa Şurası, Avropa Komissiyası, UNİCEF, ATƏT və başqa nüfuzlu qurumlardır. ATB ümumilikdə 11 milyondan artıq tələbənin təmsil olunduğu platformadır. Azərbaycan Tələbələr Birliyinin bu nüfuzlu quruma üzv olması ilə əlaqədar cari ilin sentyabr-oktyabr ayları ərzində Serbiya, Estoniya, Hollandiya, Polşa tələbə birlikləri və Avropa Tələbələr Birliyinin nümayəndələrindən ibarət işçi qrup ölkəmizə səfər edəcək. Səfər zamanı universitet rəhbərlikləri, dövlət strukturları, tələbə, media və digər təşkilat nümayəndələri ilə görüşlər keçiriləcək. Xatırladaq ki, bir müddət öncə Azərbaycan Tələbələr Birliyi dünyanın ən böyük tələbə təşkilatı olan İAESTE-yə üzv olub.
URL / WWW
http://kelam.az/article/a-1224.html