Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Norveçin Ədliyyə və Polis İşləri Nazirliyinin nümayəndə heyətinin Bakıya planlaşdırılan səfəri təxirə salınıb
23.10.09 20:53

Norveçin Ədliyyə və Polis İşləri Nazirliyinin nümayəndə heyətinin 25-28 oktyabr tarixinə Bakıya planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Norveçin ölkəmizdəki səfirliyindən veriblər. Məlumatda bildirilir ki, səfərin təxirə salınmasının səbəb Norveç hökumətində bu günlərdə keçirilən seçkilər və bu seçkilərin nəticəsi olaraq hökumət strukturlarında dəyişikliklərin olmasıdır. Səfirlikdən təxirə salınan səfərin 22-25 noyabr tarixlərində baş tutacağı bildirilib və bu da ölkəmizdə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı gününə təsadüf edir. Qeyd edək ki, cari ilin 29 iyun tarixində Avropa Şurası ölkələrini Ədliyyə Nazirlərinin Norveçin Troms şəhərində birgə konfransı keçirilib. Noyabrın 22-25 tarixində ölkəmizə baş tutacaq səfər də konfransın yekunlarına həsr olunub. Səfərdə çərçivəsində nümayəndə heyətinin Azərbaycanın Ədliyyə, Xarici İşlər nazirliklərində, Ombudsman Aparatında, görüşləri planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-122.html