Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün Gürcüstanın birinci ledisi Sandra Elizabet Rulovs Azərbaycana səfərə gəlir
12.05.10 19:37

Bu gün Gürcüstanın birinci ledisi Sandra Elizabet Rulovsun Azərbaycana səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində Sandra Elizabet Rulovs Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşəcək. Bundan başqa, S.Rulovs Bakıdakı yeni Talassemiya Tibb Mərkəzinə baş çəkəcək, səhiyyə naziri Oqtay Şirəliyevlə görüşəcək, Azərbaycan həbsxanalarında vərəmlə mübarizə sahəsində vəziyyətə dair müzakirələr aparacaq. Gürcüstanın birinci ledisi Milli Məclisdə də olacaq, burada Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri ilə görüşəcək. Səfər zamanı Rulovsun Mstislav Rostropoviçin Ev Muzeyinə, Müasir İncəsənət Muzeyinə baş çəkməsi nəzərdə tutulub. Qeyd edək ki, S.Rulovsun jurnalistlər üçün mətbuat konfransı keçirməsi də nəzərdə tutulub. Səfər mayın 14-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-1218.html