Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAMF “Həsənbəy Zərdabi və “Əkinçi” adlı yeni kitab hazırlayır
12.05.10 19:37

Söz Azadlığını Müdafiə Fondu (SAMF) milli mətbuatımızın qaranquşu sayılan “Əkinçi”nin çapdan çıxmasının 135 illiyi münasibətilə “Həsənbəy Zərdabi və “Əkinçi” adlı yeni kitabı çapa hazırlayır. SAMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, kitabda xalqımızın qiraət müəllimi kimi yaddaşlarda yaşayan H.Zərdabi haqqında ayrı-ayrı mənbələrdən toplanan məlumatlar, xatirələrlə yanaşı, “Əkinçi” haqqında da indiyədək Azərbaycan dilində çap olunmayan yazılar oxucuların ixtiyarına veriləcək. Kitabın ön sözünün müəllifi Fodun sədri, şair Musa Yaqub, redaktoru əməkdar jurnalist Tahir Aydınoğlu, tərtibçiləri Vüqar Tofiqli və Nəzirməmməd Quliyevdir. Kitabda Zərdabi haqqında ötən əsrdə yazılanlarla bərabər, ədibin müasir tədqiqatçıları - professor İzzət Rüstəmov və Vəli Məmmədovun da araşdırmaları yer alıb.
URL / WWW
http://kelam.az/article/a-1217.html