Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bu gün Ümumdünya Tibb Bacıları Günüdür
13.05.10 03:06

Bu gün Ümumdünya Tibb Bacıları Günüdür. KƏLAMİNFO xəbər verir ki, 12 may 1971-ci ildən etibarən bu gün İngilis tibb bacısı Florens Naytinqeylin şərəfinə Tibb Bacıları Günü kimi qeyd olunur. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən təsis olunub. Həmçinin, komitənin 1912-ci ildə keçirilən 9-cu konfransında yaralı əsgərlərə kömək edən tibb bacılarını təltif etmək üçün təsis edilmiş medala “Florens Naytinqeyl” adı verilib. Həmin konfransdan bəri səhiyyə sahəsində 40 ildən çox təcrübəsi olan, Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ilə fəal əməkdaşlıq edən, xüsusən döyüş bölgələrində çalışan tibb bacıları “Florens Naytinqeyl” medalı ilə təltif olunur.
URL / WWW
http://kelam.az/article/a-1212.html