Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Daşqınlarla bağlı ali məktəblərə sənəd qəbulunun vaxtının uzadılması gözlənilmir”
12.05.10 03:25

Ölkədə baş verən daşqınların ali məktəblərə sənəd qəbulu prossesinə hansı təsir göstərdiyi araşdırılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib. M.Abbaszadə qeyd edib ki, daşqınlar yeni baş verdiyi üçün hələlik hər hansı problemin yaranması haqqında məlumat yoxdur. “Ola bilsin ki, bundan sonra problem yaransın. Əhali indi ərizə vermək haqda yox, evdə olan şəraiti barədə düşünür. Əgər həmin bölgələrdə yaşayan abituriyentlərin elektron ərizələrin doldurulması prosesində problem yaransa, biz yeni sənəd qəbulu komissiyası yaradıb onların ərazilərini qəbul edəcəyik”, - deyən M.Abbaszadə həmçinin əlavə edib ki, daşqınlarla bağlı ali məktəblərə sənəd qəbulunun vaxtının uzadılması gözlənilmir. “Sənəd qəbulunun başa çatmasına hələ kifayət qədər vaxt var”,-deyə o məsələyə münasibət bildirib. Xatırladaq ki, bir neçə gündür ki, ölkənin müxtəlif bölgələrində, xüsusən də Aran zonasına aid rayonlar daşqınlar nəticəsində ciddi problemlərlə üzləşib. Suyun səviyyəsinin qalxması həyatın müxtəlif sahəsinə mənfi təsir edib. Hazırda daşqınların və qrunt suların aradan qaldırılması istiqamətində müvafiq qurumlar işlər görür.
URL / WWW
http://kelam.az/article/a-1210.html