Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Misir Xarici İşlər Nazirinin köməkçisi, səfir Mohamed Əl-Orabini qəbul edib
23.10.09 23:53

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Xarici İşlər nazirinin köməkçisi, səfir Mohamed Əl-Orabini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat katibliyindən veriblər. Görüş zamanı tərəflər bir gün öncə Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının nəticələrini müzakirə ediblər və təşkilatın fəaliyyəti və gələcək planlarına dair fikir mübadiləsi aparıblar. Tərəflər bildiriblər ki, Azərbaycan ilə Misir arasındakı münasibətlərin yüksək səviyyədə olması onların daha da genişləndirməsi və dərinləndirilməsinə yeni imkanlar açır. Qeyd olunub ki, hər iki ölkə enerji hasilatı və emalı sahəsində böyük təcrübəyə malik olduğundan bu və digər sahələrdə qarşılıqlı mübadilələrin ön plana çəkilməsi məqsədəmüvafiq olar. Sonra tərəflər Cənubi Qafqazda və Orta Şərqdə gedən proseslər ətrafında da müzakirələr aparıblar.
URL / WWW
http://kelam.az/article/a-121.html