Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » UNİCEF-in regional direktoru Steven Allen ölkəmizdə səfərdədir
11.05.10 19:25

Bu gün UNİCEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Steven Allenin ölkəmizə səfəri başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya UNİCEF-in Bakı ofisindən veriblər. Səfərin əsas məqsədi səhiyyə, təhsil və müdafiə sahəsində uşaqlar üçün əldə olunan nəticələrin təhlil edilməsindən ibarətdir. Səfər çərçivəsində S.Allen yüksək səviyyəli hökumət rəsmiləri, o cümlədən Baş nazirin müavini, xarici işlər, səhiyyə, sosial müdafiə, təhsil, gənclər və idman nazirləri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Məclisin sədri və vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə görüşü gözlənilir. Görüşlər zamanı S.Allen Azərbaycan uşaqlarının üzləşdikləri çətinliklər, Azərbaycan hökuməti və UNİCEF təərfindən onlara yardım etmək üçün görülən və “Uşaqlar üçün tam yararlı Azərbaycanın qurulması” təşəbbüsünə xidmət edən işlər barədə daha yaxşı məlumatlandırılacaq. Qeyd edək ki, mayın 13-də S.Allenin səfəri ilə bağlı mətbuat konfransı keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-1209.html