Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-da “Rusiya və Azərbaycanın Yaxın və Orta Şərqdə rolu” mövzusunda Dəyirmi masa keçiriləcək
12.05.10 02:25

Bakıda Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) birgə layihəsi əsasında “Rusiya və Azərbaycanın Yaxın və Orta Şərqdə rolu” mövzusunda Dəyirmi masa keçiriləcək. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə iştirak etmək üçün RSAİ direktoru Leonid Reşetnikovun başçılığı ilə nümayəndə heyəti mayın 13-15-də Azərbaycanda səfərdə olacaq. Azərbaycan və Rusiyanın tanınmış siyasi ekspertləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərinin də iştirak edəcəyi toplantıda iki ölkə arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq. Dəyirmi masada həmçinin Cənubi Qafqazda geosiyasi proseslər, Rusiya-İran münasibətləri, İranın nüvə proqramı, Yaxın və Orta Şərqdə regional təhlükəsizlik sistemində hər iki ölkənin roluna dair müzakirələr keçiriləcək. Qeyd edək ki, bu tədbir 2009-cu ilin oktyabr ayında Moskvada RSAİ və SAM arasında keçirilmiş Dəyirmi masanın davamıdır.
URL / WWW
http://kelam.az/article/a-1208.html