Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: “Prezident İlham Əliyev təbii fəlakətin aradan qaldırılması üçün göstərişlər verib”
12.05.10 02:24

“Prezident İlham Əliyev Kür çayının məcrasının dəyişməsi nəticəsində təbii fəlakətə məruz qalan rayonları bir-bir gəzir və fəlakətin aradan qaldırılması üçün müvafiq göstərişlər verir”. KƏLAMİNFO xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib. O.Əsədov qeyd edib ki, müvafiq qurumlar təbii fəlakəti aradan qaldırmaq üçün bütün sutkanı fasiləsiz işləyirlər. Deputat Mübariz Qurbanlı isə müxalifət partiyalarının Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakətdən siyasi qazan kimi istəfadə etdiyini söyləyib. O, bu prossesin müxalifət mətbuatında da özünü göstərdiyini bildirib. "Kürdə daşqınlar həmişə olub. Lakin builki daşqınlar əvvəlkindən səviyyəsinə görə daha böyük olduğundan, fəlakətlə nəticələnib. Amma hakimiyyət fəlakətin qarşısını almaq üçün bütün tədbirləri görür. Son illər heç bir deputat parlamentdə Kür ətrafındakı bəndlərin qəzalı vəziyyətdə olması barədə məsələ qaldırmayıb",-M.Qurbanlı əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1207.html