Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri başlayır
12.05.10 03:50

Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri başlayır. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Cənubi Qafqazdakı münaqişələr, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib. Onun sözlərinə görə, səfər zamanı Ermənistan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələnin müzakirə olunması da nəzərdə tutulub. İki günlük səfər çərçivəsində iqtisadiyyat, energetika, kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, İran, İraq və Əfqanıstandakı vəziyyət diqqət mərkəzində olacaq. Rusiya prezidenti və həyat yoldaşı Svetlana Medvedeva Ankaraya bu gün axşam saatlarında Suriyadan gedəcəklər. D.Medvedev türkiyəli həmkarı Abdullah Güllə Çankaya iqamətgahında işgüzar nahar zamanı görüşəcək. Sabah isə Rusiyanın dövlət başçısı Atatürkün məzarını ziyarət edəcək. Daha sonra prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılır. Danışıqlar zamanı tərəflər 25-ə yaxın sənədi imzalamağı nəzərdə tuturlar. D.Medvedev Baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşəcək, Türkiyə Böyük Millət Məclisində olacaq, Rusiya-Türkiyə biznes forumunda iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-1205.html