Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Nuhun gəmisi Türkiyədə tapıldı
07.05.10 23:03

Alimlər ehtimalın 99.9 faiz doğru olduğuna əmindirlər


Çin alimləri Nuh peyğəmbərin gəmisinin qalıqlarını tapdıqlarını elan ediblər. Arxeoloqlar gəminin qalıqlarını Türkiyə ərazisindəki Ağrı dağda 4 min metr hündürlükdə aşkar ediblər.
Analiz göstərib ki, gəminin hazırlandığı material təxminən 4 min 800 il əvvəl hazırlanıb. Amma tədqiqatçılar gəminin həqiqətən də əfsanəvi Nuhun gəmisi olduğuna tam əmin deyillər:“Biz 100 faiz əmin deyilik. Biz 99,9 faiz əminik”.Gəmi öz strukturuna görə bir neçə otaqdan ibarətdir. Güman edildiyinə görə, orada müxtəlif heyvanlar saxlanılırmış. Gəminin qalıqları tapılan ərazidə insanlar yaşamadığından, alimlər onun yaşayış məskəni olduğunu istisna edirlər.
Qeyd edək ki, bu günə qədər Nuhun gəmisinin tapıldığı ilə bağlı dəfələrlə açıqlama verilib. Maraqlıdır ki, hər dəfə onu dünyanın müxtəlif bölgələrində “tapırlar”. Məsələn, amerikalı alimlər 2006-cı ildə Nuhun gəmisinə oxşayan obyekti Elbrus dağında tapdıqlarını bildiriblər.
Amma tədqiqatçıların çoxu o fikirdədir ki, Nuhun gəmisi Ağrı dağındadır. Onlar bu ehtimalı Amerika kəşfiyyatının ötən əsrin 50-ci illərində çəkdiyi şəkillərlə də əsaslandırırlar. Dağdakı sirli obyekt “Ağrı anomaliyası” adlandırılıb. Mərkəzi Kəşfiyyat İdarəsi 1997-cu ildə şəkilləri açıqlamağa söz versə də, sonradan vədinə xilaf çıxıb.
Gəminin axtarışı ilə məşğul olan ən məşhur alimlərdən biri – amerikalı astronavt Ceyms İrvin 1989-cu ildə Ağrı dağına növbəti ekspedisiya zamanı qeyr-adi predmetin şəklini çəkib. Bir sıra qərb alimləri həmin şəklə baxandan sonra Nuhun gəmisinin həqiqətən də Ağrı dağında olduğu qənaətinə gəliblər.
II Qaregin kilsə xəyalları

Bakıdakı erməni kilsəsində olan bütün ermənilərin katalikosu II Qaregin kilsə ilə bağlı təəssüratını açıqlayıb. O, müsahibəsində bildirib ki, bu kilsənin nə vaxtsa yenidən fəaliyyət göstərəcəyinə inanır: "Biz erməni kilsəsinə baş çəkdik. Bu kilsədə 70-ci illərdə qısa müddət fəaliyyət göstərə bilmişik. Yanğın nəticəsində freskaların yanmasından çox kədərləndik. Həm də gördük ki, orada bizim kilsədə xidmət göstərən şəxslərdən birinin qəbiri yoxdur. Kilsə kitabxanaya çevrilib. O, bu formada qorunub. Biz ümidliyik və dua edirik ki, vaxt gələcək bu kilsə tam fəaliyyət göstərəcək. Oranı bizim inanclılar ziyarət edə və dua edə biləcəklər".
Yeri gəlmişkən, 1912-ci ilədək Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. Hazırda bu məscidlərin heç biri qalmayıb və ermənilər tərəfindən dağıdılıb. XX yüzilliyin əvvəllərinə qədər İrəvan qalasında 8 məscid fəaliyyət göstərib. İndi onların izi belə qalmayıb. İrəvan qəzasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunub. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırıblar. Məscid insanlarla birgə tamamilə yanaraq, külə dönüb.
Birinci Qarabağ savaşı zamanı ermənilər işğal etdiləri Azərbaycan ərazilərində 800-dən çox məscidi dağıdıblar. Buna baxmayaraq, Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır
URL / WWW
http://kelam.az/article/a-1203.html