Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Akademik Bahadur Tağıyev:
19.10.09 14:58

Hacı Mirəzizin uşaqlıq və gənclik illəri mənim gözlərimin qabağında olub. Dünən olduğu kimi bu gün də onda müsbət keyfiyyətlər var. 1993-cü ilin sentyabrında Moskvada «İslam və Elm» mövzusunda keçirilən beynəlxalq konfransda Hacı Mirəzizin yüksək keyfiyyətinə, istedadına və qabiliyyətinə bir daha bələd oldum. Azərbaycanda da belə bir din xadiminin olmasından qürur duydum. Ot kökü üstə bitər. Hacı Mirəziz cənub bölgəsində çox məşhur olan bir ailənin nümayəndəsidir. Onun əmisi cənub bölgəsinin tanınmış axundlarından idi. Adam ona qulaq asanda ləzzət alardı. Bu gün həmin nəsl şəcərəsinin davamçısı olan Hacı Mirəzizi də nəinki Azərbaycanda bəlkə də İslam aləmində çox yaxşı tanıyırlar. Hacı Mirəziz din xadimi, həm də gözəl şairdir. Onun klassiklərə olan məhəbbəti , xüsusilə də Füzuli vurğunluğu, ən nəhayət onda «Divan» bağlamaq şövqü yaratdı. Uzun illərin məhsulunu axır ki, Hacı Mirəziz – Əziz Pünhan üzə çıxartdı. Həm klassik, həm də müasir şer nümunələri ilə zəngin olan bu «Divan»a heyran olmaya bilmirsən. Amma bir şey məni təəccübləndirir. Dünən qarşımda şagird kimi əyləşən Mirəzizin artıq 60 yaşı var. Bütün bunlara baxmayaraq cavan qəlbli Əziz Pünhanla fəxr edirəm.
URL / WWW
http://kelam.az/article/a-12.html