Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu gün TQDK-da coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilib
24.10.09 02:53

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) coğrafiya fənni üzrə ilk elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda gündəlikdə duran məsələ ali məktəblərin II ixtisas qrupu üzrə coğrafiya fənnindən qəbul proqramının təkmilləşdirilməsi olub. Seminarda “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası” və “Dünyanın iqtisadi və sosial coğrafiyası” bölmələrinin müzakirəsi aparılıb. Müzakirə edilən bölmələrə redaktə xarakterli düzəlişlər olunub və əlavələr edilib. Qəbul proqramının “Landşaftlar” bölməsində “dağ və düzən landşaftları” ifadəsi “dağ (azonal) və düzən (zonal) landşaftları” ifadəsi ilə əvəz olunub. “Landşaftlar” bölməsinə “İnversiya landşaftları”, “Azərbaycanın təsərrüfatı” bölməsinə “ərazi-istehsal kompleksləri” əlavə edilib. “Dünyanın müasir siyasi xəritəsi” bölməsindən “iqdisadi inkişaf səviiyəsinə görə” ifadəsi təkrar olduğuna görə çıxarılıb. “Dünya əhalisi” bölməsindən “İqtisadi coğrafiyaya aid çalışmalar” ifadəsi proqramın sonuna “İqtisadi və sosial coğrafiyaya aid hesablama və çalışmalar”şəklində keçirilib. Geniş və hərtərəfli müzakirələrdən sonra II ixtisas qrupu üzrə “Coğrafiya” fənnindən qəbul proqramı təsdiq edilib.
URL / WWW
http://kelam.az/article/a-119.html