Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Adel Abdulla Əl-Fələhi qəbul etdi
07.05.10 23:03

Prezidenti İlham Əliyev Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhi qəbul edib. KəlamİNFO xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Küveytin İslam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhin verdiyi töhfənin önəmini vurğulayıb, ölkəmizdə onun fəaliyyətinə böyük diqqət və qiymət verildiyini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanla Küveyt Dövləti arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Adel Abdulla Əl-Fələhin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladığını söyləyib. Adel Abdulla Əl-Fələh Küveyt Dövlətinin əmirinin salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb: “Bizim doğrudan da, Azərbaycana məhəbbətimiz çox dərin və böyük məhəbbətdir. Sizin atanıza, Allah ona qəni-qəni rəhmət eləsin, xüsusi hörmətimiz və dərin məhəbbətimiz vardır. Sizin möhtərəm şəxsinizə də hörmətimiz böyükdür. Apardığınız müdrik, Azərbaycana böyük uğurlar gətirən siyasətinizi həmişə bəyənirik və yüksək qiymətləndiririk. Heç şübhəsiz ki, Sizin qərar verdiyiniz bu yüksək dövlət mükafatı fəaliyyətimdə yeni-yeni uğurlar qazanmaqda mənə kömək edəcək, bir növ təkan verəcəkdir”.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordenini Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhə təqdim etdi.
URL / WWW
http://kelam.az/article/a-1187.html