Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Tolerant ölkə
07.05.10 23:03

Azərbaycan tolerant ölkə kimi bütün ölkələrə nümunə göstərilə bilər.
KəlamİNFO xəbər verir ki, bu fikri Bakıda keçirilən dünya dini liderlərinin sammitinin iştirakçısı Astana və Almatı arxiyepiskopu, MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin üzvi Aleksandr jurnalistlərə açıqlamasında deyib.
Qonaq bildirib ki, bu tədbir dinlərarası sammit kimi çox əhəmiyyətlidir. Burada müxtəlif dinləri, müxtəlif mədəniyyətləri təmsil edən insanlar birlikdə sülh, dostluq barədə danışırlar. Bu dünyada ağıllı insanların can atdığı ümumbəşəri dəyərlərdir.
Azərbaycanda doğrudan da müxtəlif dinləri, müxtəlif mədəniyyətləri təmsil edən insanlar bir yerdə yaşayır, işləyirlər. Bütün bunlar isə Azərbaycan qanunları ilə tənzimlənir. Bu bir daha Azərbaycan rəhbərliyinin apardığı müdrik siyasətin göstəricisidir.
URL / WWW
http://kelam.az/article/a-1183.html