Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ermənistana təzyiq olmalıdır
07.05.10 23:03

“Dinlərarası qarşıdurmanı aradan qaldırmaq və qarşılıqlı anlaşmanı dərinləşdirmək üçün dünya dini liderləri daha güclü mövqe nümayiş etdirməlidirlər ki, bu da dinlərarası dialoqun yaxşılaşdırılmasına gətirib çıxarsın”. KəlamİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə İSESCO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri bildirib.
“Ekstremis quruplar dini dözümlükdən istifadə edərək cinayətlər törədirlər. Ancaq bu o demək deyil ki, hər hansısa bir din buna razılıq verir, bu cür terror hallarını dəstəkləyir”,-deyə İSESCO-nun Baş direktoru vurğulayıb.Onun sözlərinə görə, hər bir ölkənin öz dinini, ərazi bütövlüyünü qorumaq hüququ var. “Hər hansısa bir ölkə digərinin torpaqlarını işğal edərsə, həmin dövlət cinayət törətmiş olur. Buna Ermənistanı misal göstərmək olar. Bu dövlət Azərbaycan ərazisini işğal edib, ərazi bütövlüyünü pozub. Dünya ictimaiyyəti bundan agah olmalı və bütün imkanları ilə çalışmalıdırlar ki, torpaqlar işğaldan azad olunsun, qaçqınlar öz torpaqlarına qayıtsınlar”,-deyə Əl-Tuveycri vurğulayıb.
O, dini liderlərin bu cür görüşlərinin problemlərin həllinə müsbət təsir edəcəyini söyləyib. “Hər şeyi siyasətçilərin öhtəsinə buraxmaq olmaz. Xalqlararası münasibətlərdə dini dəyərlər daha üstündür”,-deyə ISESCO-nun Baş direktoru əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1177.html