Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » NATO Baş katibi Anders Foq Rasmussen Azərbaycanın qrumdakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyevlə görüşüb
07.05.10 19:18

NATO-nun Baş katibi Anders Foq Rasmussen Azərbaycanın qrumun yanındakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyevlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Görüşdə Azərbaycan-NATO tərəfdaşlığı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoq və praktiki əməkdaşlığa dair məsələləri müzakirə edib, tərəfdaşlığın inkişaf etdirilməsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı mexanizminin rolunu yüksək qiymətləndiriblər. Baş katib F.Rasmussen Azərbaycanın NATO-nun ISAF əməliyyatında iştirakı və Əfqanıstanda sabitlik və inkişafa töhfələrini alqışlayıb. Görüş zamanı həmçinin, NATO-nun tərəfdaşlıqlarının inkişafı, Avro-Atlantik və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-1175.html