Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Tələbələr arasında “Breyn-rinq” intellektual oyunu keçirilir
07.05.10 19:18

Bu gün “Hyatt-Regency” otelində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Breyn-rinq” intellektual oyunu keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə 10-a yaxın Böyük Vətən Müharibəsi iştirakçısı, gənclər və idman nazirinin müavini İntiqam Babayev və gənclər iştirak edir. İntellektual oyunda iştirak üçün 8 ali məktəbin eyni sayda komandası seçilib. İntellektual oyunun sualları Böyük Vətən müharibəsində ölkəmizin və azərbaycanlıların xidmətindən bəhs edir. Suallar “Atəşgah İntellektual Oyunu” İctimai Birliyi tərəfindən hazırlanıb. Qeyd edək ki, tədbirin açılışında bildirilib ki, oyunda iştirak edəcək ali məktəb komandasının biri qeyri-müəyyən səbəbdən oyuna qatılmayıb. Oyun davam edir. Nəticədə 3 komanda seçiləcək. Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1172.html