Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Mayın 16-da keçiriləcək sınaq imtahanı respublikanın 27 şəhərində baş tutacaq
07.05.10 19:18

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən cari il mayın 16-da keçiriləcək sınaq imtahanı respublikanın 27 şəhərində baş tutacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK-nın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov məlumat verib. A.Bağırov bildirib ki, bu imtahanda 31 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulub. Onun sözlərinə görə, qeyd olunan növbəti sınaq imyahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Oğuz, Bərdə, Tərtər, Ucar, Ağdaş, Ağsu, Beyləqan, Lerik, Neftçala, Quba və Xaçmaz şəhələrində, həmçinin Naxçıvan MR-nın 6 rayonunda keçiriləcək. A.Bağırov onu da əlavə edib ki, imtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramına uyğundur.
URL / WWW
http://kelam.az/article/a-1171.html