Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu günədək ali və orta ixtisas məktəblərinə qəbulla bağlı 43 809 abituriyent ərizə doldurub
07.05.10 19:18

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) cari il ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasının gedişi ilə bağlı mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda TQDK-ın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov cari tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulunun mayın 31-dək davam edəcəyini bildirib. O, xatırladıb ki, abituriyentlər internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. “Bu günə olan statistik məlumata əsasən hazırda 43 809 abituriyent elektron ərizə doldurub. Bunlardan 35 247 nəfər Azərbaycan, 8562 nəfər isə Rus bölməsidir. Ərizələrini dolduran abituriyentlərdən 23 985 nəfər isə ərizəsini təsdiq etdirib.Bunlardan da 17 798 nəfər Azərbaycan, 6187 nəfər isə Rus bölməsinə aiddir. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imthanalarında iştirak etmək üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı və təsdiq etdirməlidirlər. Sonra isə seçdiyi ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) mayın 31-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turlarda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər. QİK-lər Bakı, Gəncə və Naxçıvan şəhərlərində fəaliyyət göstərir. Rus bölməsinə sənəd verən abituriyentlər üçün isə “Azərbaycan dili” fənnindən imtahan iki dəfə keçiriləcək. Biri mayın 23-də Bakıda və digər bölgə mərkəzlərində, ikincisi də iyunun 20-də yalnız Bakı şəhərində keçiriləcək”,-deyə A.Bağırov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1170.html