Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Krizis vəziyyətinə düşən gənclər pulsuz psixoloq yardımı ala biləcəklər
24.10.09 02:51

Bakıda yeniyetmə və gənclərə xidmət göstərən Krizis telefon xətti fəaliyyətə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Nazirlikdən bildiriblər ki, 14-29 yaşda olan və krizis vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardımın göstərilməsi krizis telefon xəttinin fəaliyyətinin əsas səbəblərindən biridir. Gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə qurşanma, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla ayrılıq, münasibətlərin kəsilməsi, ailədaxili konfliktlər və s krizis vəziyyətinə düşmənin səbəbi ola bilər. Bu kimi hallarda gənc insana psixoloji dəstək göstərilmədikdə qeyri-adekvat addımların atılması ā€“ məsələn, başqalarına və ya özünə qəsd, psixoaktiv maddələrdən istifadə və s. mümkündir.Qeyd edək ki, 510 66 36 nömrəli Krizis telefon xətti Gənclər və İdman nazirliyi tərəfindən dəstəklənən və ā€œİnkişaf naminə təşəbbüsā€ İctimai Birliyi tərəfindən həyata keçirilən layihədir. Xatırladaq ki, 2006-07-ci illərdə bu layihə Nazirlik tərəfindən dəstəklənib, 6 mindən yuxarı qəbul edilən zəng və göstərilən dəstək xidmətin vacibliyini sübut edib. Xidmət pulsuz və anonimdir. Xətdə xüsusi hazırlıq keçmiş peşəkar psixoloq və psixiatrlar çalışır. Hazırda gənclərə əyani dəstək göstərilməsi üçün Krizis telefon xətti 6 dövlət və 4 qeyri-hökumət xidmətləri ilə əlaqə yaradıb
URL / WWW
http://kelam.az/article/a-117.html