Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Elmira Süleymanova Çinin Azərbaycandakı səfiri ilə görüşüb
08.05.10 03:18

Ombudsman Elmira Süleymanova Çinin ölkəmizdəki səfiri Can Yannyanı qəbul edib. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanova ölkəmizlə Çin arasında dostluq münasibətləri, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. E.Süleymanova rəhbərlik etdiyi qurum haqqında səfirə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan Ombudsmanının fəaliyyətinin əsas strategiyasını heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin əsas beynəlxalq müqavilələrdə təsbit olunan hüquq və azadlıqların səmərəli müdafiəsi təşkil edir. Səfir öz ölkəsində insan hüquqları sahəsində müvafiq qanunvericiliyin mövcud olduğunu və bu istiqamətdə ayrı-ayrı qurumların fəaliyyət göstərdiyini söyləyib, Azərbaycan Ombudsmanının təşkil edəcəyi mühüm tədbirdə Çin nümayəndələrinin də dəvət olunması üçün minnətdarlığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-1169.html