Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib
08.05.10 03:17

Bu gün paytaxt Bakıda ikinci dünya müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib. Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyət nümayəndələri, paytaxt sakinləri prezident İlham Əliyevi hörmət və ehtiramla qarşılayıblar. Dövlət başçısı müharibə veteranlarını salamlayıb, onların hər birini Qələbə günü münasibətilə təbrik edib. Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib. Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib. Prezident İlham Əliyev sonra tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşüb, Qələbə günü münasibətilə onları təbrik edib. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-1168.html