Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ağsuda “Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi” mövzusunda silsilə tədbirlər keçiriləcək
06.05.10 19:22

Sabah Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə “Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi” mövzusunda silsilə tədbirlər keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) veriblər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası və Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşacaq tədbirin iştirakçıları ulu öndərin şəhərdəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etdikdən sonra Ağsu orta əsr şəhər yerində aparılan arxeoloji qazıntılarla tanış olacaqlar. Sonra Ağsu rayon Tarix-Diyarşünaslıq Muzeyində ən yeni arxeoloji tapıntılardan ibarət “Orta əsr Ağsu şəhəri” sərgisinin açılışı olacaq. Ağsu arxeoloji ekspedisiyası tərəfindən hazırlanan “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomu və Ağsu arxeoloji ekspedisiyasının internet səhifəsinin (www.agsuexpedition.org) təqdimat mərasimi keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-1166.html