Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Təhsil Nazirliyi ümummilli liderə həsr olunan inşa yazı müsabiqəsi qaliblərini mükafatlandırdı
07.05.10 03:21

Bu gün “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasnın 87-ci ildönümü münasibətilə orta məktəblilər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasim Yeni Azərbaycan Partiyası (YAP), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqədə orta məktəblərin 7-11-ci və ilkin peşə ixtisas təhsilli müəssisələrinin şagirdləri "Ulu Öndər Heydər Əliyevi düşünərək" mövzusunda inşa yazıblar. “Müsabiqənin son mərhələsinə 96 şagird qatılıb və onların 21-i qalib kimi mükafata layiq görülüb. Qaliblərin 5-i birinci, 5-i ikinci, 11 nəfəri isə üçüncü yeri tutub. 56 nəfər isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub”,-M.Mərdanov vurğulayıb O, müsabiqənin keçirilməsində əsas məqsədin müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev haqqında gənclərin bilik və bacarıqlarını artırmaq olduğunu söyləyib. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov isə bildirib ki, H.Əliyev irsinin öyrənilməsi, artıq orta ümumtəhsil məktəblərində ənənəvi hal alıb. Onun sözlərinə görə, bu cür yarışlar Azərbaycanda gənc nəsilin dövlətçilik baxışlarının formalaşmasına biləvasitə təsir göstərir. O, müsabiqənin qaliblərinə hakim partiya tərəfindən təqaüd ayrıldığını da diqqətə çatdırıb. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov müsabiqə qalibi olan 21 nəfərin fond tərəfindən iyul ayında Fransa, Belçika və Almaniyaya bir həftəlik ekskursiyaya göndəriləcəyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1165.html