Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Ermənistanla Rusiya arasında hərbi-strateji əməkdaşlıq varsa, niyə Azərbaycanla Türkiyə arasında da olmasın?"
06.05.10 19:21

"Əgər Ermənistanla Rusiya arasında hərbi-strateji əməkdaşlıq mövcuddursa, niyə Azərbaycanla Türkiyə arasında da olmasın?". KƏLAMİNFO xəbər verir ki, bu barədə Türkiyənin “Cihan” agentliyinə müsahibəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. PA-nın rəsmisi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi iştirakını qeyd edib. O, son vaxtlar Türkiyənin tez-tez bu məsələni beynəlxalq arenada qaldırdığını və Bakının məhz bunu Ankaradan gözlədiyini bəyan edib. "Biz Türkiyədən məhz belə addımlar gözləyirdik. Baş nazir Rəcəb Tayyib Ərdoğan, Prezident Abdullah Gül, xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyənin digər rəsmi şəxsləri bütün beynəlxalq arenalarda bəyan edirlər ki, Azərbaycanın problemi həll olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq və öz sözlərinin üstündə də dururlar. Biz onların hamısına minnətdarıq. Azərbaycan xalqı məhz bunu gözləyirdi",-Ə.Həsənov vurgulayıb.
URL / WWW
http://kelam.az/article/a-1164.html