Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Azərbaycan həbsxanalarında islahatlara dəstək” layihəsinin icrasına dair yekun konfrans keçirildi
06.05.10 18:15

Bu gün “Park-İnn” otelində Azərbaycanın Ədliyyə Nazirliyi və Avropa Şurasının birgə həyata keçirdiyi “Azərbaycan həbsxanalarında islahatlara dəstək” layihəsinin icrasına dair yekun konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən Avropa Şurası Baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek təmsil olunduğu qurumun məhkumların şəraitinin yaxşılaşdırılmasına böyük önəm verdiyini söyləyib. Azərbaycan hökuməti tərəfindən penitensiar sahədə islahatlar keçirildiyini diqqətə çatdıran V.Kotek əlavə edib ki, onlar da mümkün olan sahələrdə öz köməkliklərini göstərir. O, bu sahədə ilk layihənin 2006-cı ildə həyata keçirildiyini açıqlayıb və bildirib ki, indiki layihə 2008-ci ildə başlayıb və bu il başa çatır. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu sahədə islahatları davam etdirdikcə, Avropa Şurası da öz yardımını göstərəcək. O, Azərbyacanda penitensiar müəssisələr və həbsxanaların tikilməsini müsbət addım kimi dəyərləndirib. Ədliyyə Nazirliyi Penitensiar Xidməti rəhbərinin müavini Hüseyn Əlixanov layihə çərçivəsində görülən işlərdən bəhs edib. H.Əlixanov qeyd edib ki, layihə çərçivəsində 20-dən çox tədbir, penitensiar sistemin işçiləri üçün treninqlər keçirilib, AŞ-in tövsiyələri Azərbaycan dilinə tərcümə edilib. Xarici təcrübənin öyrənilməsi və sistemin müasirləşdirilməsi məqsədilə Böyük Britaniya, Norveç və Estoniyadan ekspertlər dəvət olunub. Penitensiar Xidmətin Təlim Mərkəzinin rəis müavini Elçin Hüseynov sözügedən layihə çərçivəsində görülən işləri qənaətbəxş sayıb. Qeyd edək ki, “Azərbaycan həbsxanalarında islahatlara dəstək” layihəsi Norveç hökuməti tərəfindən maliyyələşdirilib.
URL / WWW
http://kelam.az/article/a-1161.html