Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin növbəti iclası mayın 11-də keçiriləcək
07.05.10 02:13

Milli Məclisin mayın 7-də keçirilməsi nəzərdə tutulan iclası təxirə düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat xidmətindən veriblər. Milli Məclisdən bildiriblər ki, parlamentin növbəti iclası mayın 11-də keçiriləcək. Qeyd edək ki, iclasda “Fərdi məlumatlar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasın gündəliyinə “Pambıqçılıq haqqında” qanun layihəsi (ikinci oxunuş), “Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi və “Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsinin müzakirəsi daxildir. İclasının gündəliyinə həmçinin, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də, bəzi beynəlxalq konvensiyalara qoşulmaq barədə məsələlər daxildir.
URL / WWW
http://kelam.az/article/a-1157.html