Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sahil bağında gül bayramı təşkil olunub
05.05.10 17:20

Bu gün Səbail rayonundakı Sahil bağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan gül bayramı təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, Səbail rayonu və ARDNŞ-in nəzdində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, bələdiyyələrin kollektivləri, təhsil, səhiyyə və mədəniyyət işçilərinin gül-çiçəkdən hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə diqqəti cəlb edib, gözəlliyin, insan təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır. Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın tər çiçəklərdən “toxunmuş” portret xalçası da, Qız qalası, Mömünə Xatın türbəsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin güllərdən hazırlanmış maketləri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət hissi diqqəti çəkir. Tədbir rəngarəng konsert proqramı ilə davam edir.
URL / WWW
http://kelam.az/article/a-1156.html