Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Qadınların ön və arxa cəbhədə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
05.05.10 19:32

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Respublika Veteranlar Şurasının birgə təşkilatçılığı ilə “Qadınların ön və arxa cəbhədə rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın faşizm üzərində qələbəninin 65 illik yubileyinə həsr olunduğunu bildirib. Komitə sədrinin sözlərinə görə, qələbənin əldə edilməsinin əsas səbəbkarlarından biri də məhz qadınlar olub. “Müharibə dövründə kənd təsərrüfat sahəsində çalışan insanların 70%-dən çoxunu qadınlar təşkil edib. Respublikamızı təmsil edən 170 mindən çox qadın müharibədə ön və arxa cəbhədə fədəkarcasına döyüşüblər”,-deyə H.Hüseynova vurğulayıb. Konfransda çıxış edən Milli Məclisin komitə sədri Hadı Rəcəbli bildirib ki, ölkə Prezidentinin Sərəncamı ilə müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım edilib. O, MDB məkanında müharibə veteranlarına ən çox diqqət ayıran ölkənin Azərbaycan olduğunu söyləyib. Tədbirdə YAP-ın Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Veteranlar Şurasının sədr müavini Çingiz Həsənov, Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü, general-mayor Bahadur Hüseynov, BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli çıxış ediblər. Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycan qadınlarının Vətən Müharibəsində qələbənin qazanılmasında roluna həsr edilmiş oçerk və məqalələrə görə yazıçı və jurnalist müsabiqəsinin qalibləri mükafatlandırılıb.
URL / WWW
http://kelam.az/article/a-1154.html