Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ağdaşda III ənənəvi Kitab Bayramı keçirilib
06.05.10 03:20

Ağdaş rayon Mədəniyyət evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə III ənənəvi Kitab Bayramı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Kitab bayramında balaca istedadların hazırladığı “Bacarıqlı əllər” sərgisi iştirakçıların marağına səbəb olub. Sonra tədbir iştirakçıları “Zamanın lideri”, “Əbədiyaşarlıq zirvəsi”, “Gənclər vətən uğrunda”, “Böyük Qələbə-65”, “Yazılsın tarixə bir qızıl xətlə”, “İncəsənətdə müharibə mövzusu”, “Ədəbiyyatımızın nəsri” kitab sərgiləri ilə tanış olublar. Tədbirdə rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri və yerli mətbuat nümayəndələri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-1153.html