Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gənc Vətənpərvərlər Birliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünü qeyd edib
06.05.10 03:20

Gənc Vətənpərvərlər Birliyi (GVB) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar “Vətən torpağını müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İB-dən veriblər. Tədbirdə Birliyin İdarə Heyətinin üzvləri, yerli şöbələr, üzv olan İdman Federasiyaları, idman klubları və QHT-lərin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan birliyin sədri Müqamət Əliyev Azərbaycana və onun qüdrətli xalqına bəxş olunan görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyevin hayat yolundan bəhs edib. “Bu böyük şəxsiyyət Azərbaycanın ən cətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövləti xilas edib, millətin gələcəyini təmin edib. Onun idarəçiliyi müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik, vətəndaş cəmiyyətinin qurulması və s. ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsasını qoydu”,-deyə M.Əliyev vurğulayıb. Tədbirdə İdarə Heyətinin üzvüləri, GVB sədrinin müşaviri N.Niftiyev, Cü-Citsu Karate-do Fedrasiyasının nümayəndəsi Azad Quliyev, VCK üzrə Azərbaycan Karate-do Federasiyasının prezidenti Nurəddin Quliyev və digər qonaqlar çıxış ediblər. Tədbir mayın 10-na kimi davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-1152.html