Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Rusiya ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün qeydiyyat mayın 11-dək davam edəcək
06.05.10 03:20

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Rusiya Federasiyası ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün qeydiyyat mayın 11-dək davam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti 4 və daha yüksək olan Azərbaycan vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər. Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Test imtahanı mayın 15-də keçiriləcək. Abituriyentlərə “İmtahana buraxılış vərəqəsi” 13 və 14 may tarixlərində veriləcək. Test imtahanı nəticəsində I ixtisas qrupunda 400 və daha yüksək, digər qruplarda 500 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə, yəni müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 17-də keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-1151.html