Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » YAP tərəfindən namizədliyi irəli sürülən 7 min nəfər DSK-dan imza vərəqələri götürərək imzatoplama kampaniyasına başlayıb
22.10.09 22:48

Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığını uğurla davam etdirir. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, YAP 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki qanunvericiliyinə uyğun bütün zəruri tədbirləri operativ şəkildə həyata keçirməkdədir. Seçki kampaniyasının indiki mərhələsində YAP tərəfindən namizədliyi irəli sürülmüş 16 minə yaxın partiya üzvünün qanunvericiliklə tələb olunan müvafiq sənədləri artıq dairə seçki komissiyalarına təqdim olunub. bildirilib ki, 22 oktyabr tarixə olan məlumata görə, YAP tərəfindən namizədliyi irəli sürülmüş 7 min nəfərə yaxın partiya üzvü dairə seçki komissiyalarından imza vərəqələri götürərək imzatoplama kampaniyasına başlayıb. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən digər namizədlərə imza vərəqələri yaxın zamanlarda təqdim ediləcək.
URL / WWW
http://kelam.az/article/a-115.html