Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin növbəti iclası mayın 7-də keçiriləcək
06.05.10 03:18

Milli Məclisin növbəti iclası mayın 7-də keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. İclasda “Fərdi məlumatlar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasın gündəliyinə “Pambıqçılıq haqqında” qanun layihəsi (ikinci oxunuş), “Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi və “Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsinin müzakirəsi daxildir. İclasının gündəliyinə həmçinin, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də, bəzi beynəlxalq konvensiyalara qoşulmaq barədə məsələlər daxildir.
URL / WWW
http://kelam.az/article/a-1149.html