Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri bu gün axşam elan ediləcək
05.05.10 03:57

Bu gün axşam ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri elan ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. TQDK mayın 2-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində imtahanın ilk mərhələsini 23 binada təşkil edib. Hazırda TQDK tərəfindən mayın 3-dən etibarən cavab kartlarının emalı və imtahan protokollarının araşdırılması aparılır. Nəticələrin TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Xatırladaq ki, imtahanda iştirak etmək üçün 15 362 bakalavr ərizə verib. Onlardan 447 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri sual kitabçasını, cavab kartını dəyişdirərkən, 1 nəfər isə imtahan zalına mobil telefon keçirməyə cəhd göstərərkən tutulub və imtahandan xaric olunublar.
URL / WWW
http://kelam.az/article/a-1147.html