Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Şağan qəsəbəsində yerləşən 3 saylı İnternat Evində olub
05.05.10 02:57

Ombudsman Elmira Süleymanova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı şəhəri Əhalinin Sosial Müdafiəsi İdarəsinin Şağan qəsəbəsində yerləşən 3 saylı İnternat Evinə növbəti baxış keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. O, İnternat Evindəki əqli qüsurlu uşaqların saxlanma şəraiti, qida təminatı, yataq yerləri, məşğələ otağı və digər obyektləri yoxlayıb, internat evinin direktoru, tərbiyəçilər, habelə buradakı uşaqlarla söhbət aparılıb, onların problemləri öyrənilib. İnternat Evinə əvvəlki baxışlar zamanı aşkar edilən bəzi nöqsanların artıq aradan qaldırıldığı müəyyənləşdirilib. Artıq hər bir uşaq ayrıca çarpayı və yataq ləvazimatı ilə təmin olunub. Ombudsman buradakı əlil uşaqlar üçün gətirdiyi hədiyyələri təqdim edib. Ombudsmana ƏƏSMN-in 3 saylı və Saray qəsəbəsindəki 7 saylı internat evlərinin binalarında Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir-bərpa işlərinin aparılması barədə məlumat verilib.Sonda internat evinin saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müəssisənin direktoruna müvafiq tövsiyələr verilib.
URL / WWW
http://kelam.az/article/a-1146.html