Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistan parlamentinin spikeri V.Abramyan cəfəng bəyanatla çıxış edib
04.05.10 19:52

İrəvanda Frankofoniya Parlament Assambleyasının 23-cü Avropa regional sessiyası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, sessiyanı açan Ermənistan parlamentinin spikeri Ovik Abramyan bildirib ki, Ermənistan bütün qonşuları ilə münasibətlər qurmağa hazırdır və bu yolda Türkiyə ilə heç bir şərt qoymadan dialoqu qaydasına salmağa çalışırdı. “Lakin Ankara Yerevanın bu cür mövqeyini qiymətləndirmədi və dialoqu hər vasitə ilə zərbə altına qoyurdu. Nəticədə Ermənistan erməni-türk protokollarının ratifikasiyası prossesini dayandırdı”,-deyən O.Abramyan qeyd edib ki, Türkiyə ilə münasibətləri qaydaya salmaq niyyəti Ermənistanın milli maraqlarını ikinci plana sala bilməz. Dağlıq Qarabağ münaqişəsinə toxunan erməni spiker qeyd edib edib ki, Azərbaycan hərbi bəyantları ilə nəinki regiondakı vəziyyəti qeyri-stabilləşdirir, hətta beynəlxalq ictimaiyyəti yalanları ilə çaşdırır. “Azərbaycan bu cür bəyanatları onun hərbi potensialının hərbi əməliyyatların olduğu təqdirdə qələbə nəticəsini verə bilməyəcəyini tam dəqiq anladığı üçün edir. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq",-deyə erməni parlamentinin spikeri əlavə edib. Xatırladaq ki, Frankofoniya Beynəlxalq Təşkilatı (fransız dilini bilən, öyrənən və sevənlərin yaratdığı qurum) hazırda 56 üzv və 14 müşahidəçi ölkə və hökuməti özündə birləşdirir.
URL / WWW
http://kelam.az/article/a-1145.html