Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mətbuat Şurasında Beynəlxalq Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilib
04.05.10 03:18

Bu gün Mətbuat Şurasında Beynəlxalq Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Söz Azadlığı Gününün tarixi barədə toplantı iştirakçılarına məlumat verib. O, mətbuat azadlığı sahəsində Azərbaycanda mövcud olan vəziyyətdən danışıb. Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev isə ölkədə həm elektron, həm də yazılı media üçün bərabər səviyyəli iş imkanlarının yaradıldığını söyləyib. O, Azərbaycan mətbuatının MDB ölkələrindən geri qalmadığını bildirib. “Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyata alınıb. Ölkə mediasında müəyyən problemlər var ki, bu da tədricən aradan qalxacaq”,-deyə V.Əliyev vurğulayıb. Mili Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli hazırda ölkədə KİV-in probleminin daha çox peşəkarlıqla bağlı olduğunu bildirib. Onun sözlərinə görə, mətbuatda peşəkarlığın təmin olunması bir sıra çatışmazlıqları aradan qaldıra bilər: “Son illər dövlətin dəstəyi ilə həyata keçirilən bir sıra layihələr mətbuatın inkişafına böyük dəstək olub”,-deyə N.Məhərrəmli əlavə edib. Tədbirdə “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası”nın (SAJPK) icrasına başladığı “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsinin təqdimatı da keçirildi. Əvvəlcə SAJPK adından Umud Rəhimoğlu çıxış edərək Koalisiyanın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verdi. Sonra “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələskərli çıxış edərək layihənin ideya müəllifi (Beynəlxalq Jurnalistlər Federasiyası), maliyyəçisi (Avropa Komisiyası) həmçinin layihənin məqsədi və vəzifələri barədə danışıb.
URL / WWW
http://kelam.az/article/a-1144.html