Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-nun Tələbə Elmi Cəmiyyətinin illik konfransı keçiriləcək
04.05.10 03:18

Mayın 5-8-i tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan illik konfransı keçiriləcək. ADU-nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransın plenar iclasını ADU-nun rektoru, professor Səməd Seyidov açacaq. ADU-nun Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat veriləcək. Sonra müxtəlif mövzular ətrafında məruzələr səslənəcək. Konfransda universitetin fakültə və kafedralarını özündə əks etdirən bölmələr ətrafında 500-dən çox məruzənin səsləndiriləcəyi nəzərdə tutulub. Xatırladaq ki, ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.
URL / WWW
http://kelam.az/article/a-1143.html