Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Heydər Əliyev və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans keçiriləcək
04.05.10 03:16

Yeni Azərbaycan Partiyası (YAP) mayın 8-də Gülüstan sarayında ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-dan veriblər. Konfransın açılış mərasimində YAP İdarə Heyətinin üzvlərindən Təhsil naziri Misir Mərdanov və Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Dövlər Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edəcək. Konfrans plenar iclasdan sonra “Heydər Əliyev yolu – milli inkişaf strategiyası”, “İnkişafın Azərbaycan modeli: başlıca xüsusiyyətlər və meyllər” və “Azərbaycan yeni mərhələdə: uğurlu nəticələr və perspektivlər” mövzusunda bölmə iclaslarında öz işini davam etdirəcək.
URL / WWW
http://kelam.az/article/a-1142.html